Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə Bakı Super kubokunun qalibi Qaradağ rayonunun Ələt qəsəbəsinin komandası oldu

23 aprel 2018 | 11:00

Futbol üzrə Bakı Kəndlər Liqasının Super Kuboku uğrunda cempionatda Qaradağ rayonunun Ələt qəsəbəsinin komandası birinci yerə layiq görülmüşdür.
Final oyununda ADBTİA-nın  meydançasında  "Ələt" klubu ilə "Qobustan" FK üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada "Ələt" komandası 1-0 hesabı ilə qələbə qazanıb. "Ələt"in heyətində Şamxal Məlikov fərqlənib. Görüşdən sonra komandanın üzvləri, klub prezidenti Ayaz Məmmədzadə, baş məşqçi Zaur Mehdiyev kubok, diplom və medallarla təltif ediliblər.
Qeyd edək ki, bu, Ələt FK-nun tarixində ilk belə böyük uğurdur.

Keçidlər