Şriftin ölçüsü :

Saytın rəngi :

“Mənəviyyat tariximizin örnəyi”

24 aprel 2018 | 11:00

24 aprel 2018-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Mənəviyyat tariximizin örnəyi” mövzusunda konfrans keçirilmişdir.
      Tədbirdə YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Ağbirçəklər Şurasının sədri, Zərifə Quliyeva, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent, göz cərrahı, Zərifə Əliyevanın tələbəsi Nüşabə Hacıyeva, rayonun səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri və gənc həkimlər iştirak etmişlər.
Əvvəlcə yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfrans  Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başladı.
Tədbiri giriş nitqi ilə açan  Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edərək bildirdi ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Sonra Nüşabə Hacıyeva çıxış edərək həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq alimin insanların sağlamlığının qorunmasında, xəstəliklərin qarşısının alınmasında göstərdiyi səylərə toxunaraq onun öz həmvətənlərinin qayğısına qalan humanist insan olduğunu diqqətə çatdırdı. Natiq Zərifə xanım Əliyevanın Azərbaycan xalqının sərvəti olduğunu bildirərək, onun bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğuladı. Qeyd etdi ki, Zərifə Əliyeva məşhur alim, istedalı insan olmaqla yanaşı müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş anadır.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, Ağbirçəklər Şurasının sədri, Zərifə Quliyeva  qeyd etdi ki, yüksək intelektual səviyyəsi, sərrast düşuncəsi, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi.  Azərbaycan qadinlarinin bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanim bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Belə düşünürdü ki, müalicəsinin uğurlu olması ücün həkim  ilk növbədə insanları sevməli, onlarin ağrısını hiss etməlidir. Bu böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksiyon xəstəliyi geniş yayılmışdı. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyaci var idi. O, 1959- cu ildə “ Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elimləri namizədi alimlik dərəcəsinə layiq görülməsi, elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. Zərifə xanım 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutu Göz xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilmişdi. Zərifə xanim dosentlikdən, professor,  kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yuksəlmişdir. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuşdur.  Z.Əliyeva bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək, bu mükafatı alan ilk qadın olmuşdur.       
Akademik  Z.Əliyeva, ictimai xadim kimi də səmərəli fəaliyyət göstərmişdir. O, keçmiş  SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar  Elmi  Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, Əməkdar elm xadimi kimi şərəfli adı ləyaqətlə daşımışdır. 
Lökbatan qəsəbəsindəki Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbin direktoru Şəmsi  Qocayev də çıxış edərək, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan böyük alimin xatirəsinə həsr etdiyi şerini söylədi.
Sonda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbiri yekunlaşdıraraq, Azərbaycanda Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirərək,  qonaqlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Keçidlər