Şriftin ölçüsü :

Saytın rəngi :

Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir

17 avqust 2018 | 11:00

    17 avqust 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Qızıldaş qəsəbə parkının yenidənqurulmasından sonra parkın açılışında olmuş, hal-hazırda qəsəbə şəhidlər kompleksinin təmir işləri ilə maraqlanmış və Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
     Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
     Keçirilmiş səyyar qəbulda 150-dən çox qəsəbə sakinləri iştirak etmişdir.
     Görüşdə iştirak edən qəsəbə sakinləri və qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, Lökbatan-Qızıldaş avtomobil magistral yolunun yenidənən qurulması ilə əlaqədar öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 23 nəfəri fərdi qaydada dinlənilmişdir.
       Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
    Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

Keçidlər