Şriftin ölçüsü :

Saytın rəngi :

“Zərərli vərdişlərə yox deyək” devizi altında futbol yarışı keçirildi

12 aprel 2019 | 11:00

   12 aprel tarixində Ələt qəsəbəsinin yeniyetmə və gənclərindən ibarət komandalar arasında “Zərərli vərdişlərə yox deyək” devizi altında futbol yarışı keçirildi.
   Tədbiri giriş sözləri ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi  Elçin Abbasov zərərli vərdişlərin, o cümlədən narkotik vasitələrin qeyri-qanuni istifadəsinin bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri olduğunu deyərək bu problemə qarşı mübarizəyə Azərbaycan rəhbərliyi tərəfindən xüsusi diqqət verildiyini və bunun sayəsində önəmli nəticələrin əldə olunduğunu diqqətə çatdırıb. Çıxışçı tədbirin əsas məqsədinin narkotik vasitələrin mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaq və bütün insanlığa qarşı olan bu fəlakətlə mübarizədə birgə əməkdaşlığın önəmini bir daha vurğulamaq olduğunu bildirdi.
   Rayon İH-nin yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın məsul katibi Ruslan İsmayılov narkotiklərdən istifadənin ümumbəşəri bir problem olduğunu qeyd edərək, buna görə də, bu bəla ilə mübarizədə bütün səylərin birləşdirilməsinin vacib olduğunu diqqətə çatdırdı. Natiq, həmçinin, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə rayonun bütün qəsəbələrində müvafiq mövzuda dəyirmi masaların, sərgilərin, idman yarışlarının, videoçarxların nümayiş etdirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.
   Qaradağ rayon Polis İdarəsinin azyaşlılarla profilaktik işin təşkili bölməsinin əməkdaşı polis mayoru Aida Şirinova gənc nəslin maarifləndirilməsi işində belə tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsinin vacibliyini, bu istiqamətdə rayon rəhbərliyinin apardığı ardıcıl təbliğat işlərinin təqdirəlayiq hal olduğunu vurğuladı.
   Açılış mərasimindən sonra turnirə start verildi. Yarışda 6 komanda mübarizə aparırdı. Gərgin keçən mübarizə şəraitində 110 və 223 № li məktəblərin komandaları final görüşünə vəsiqə qazandılar. Finalda daha yaxşı oyun nümayiş etdirən 110 № li məktəbin komandası qalib adını qazandı.

Keçidlər